İlon Mask yenidən dünyanın ən varlı adamı seçilib. Bununla da, reytinqin ilk pilləsində qərarlaşan LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun rəhbəri Bernard Arnaultu qabaqlayaraq dünyanın ən varlı insanı statusunu yenidən qazanıb.
Məlumata görə, "Tesla" şirkətinin səhmlərinin qiyməti təxminən 70 faiz artıb. Bu da birbaşa Maskın sərvətinə təsir edib. Şirkət həmçinin elektriklə işləyən avtomobillərə tələbatın artmasından da yararlanıb.
“Bloomberg Billionaires Index”in verdiyi məlumata görə, Maskın sərvəti hazırda 187,1 milyard dollara yüksəlib. Fransalı iş adamı Arnaultun sərvəti isə 185,3 milyard dollar təşkil edir.