Az | EN

İlon Maska beyin çiplərini insanlar üzərində sınaqdan keçirmək qadağan edilib

Bənövşə Kazımova
03 Mart 2023 13:31
360 baxış
İlon Maska beyin çiplərini insanlar üzərində sınaqdan keçirmək qadağan edilib

ABŞ hökuməti milyarder iş adamı İlon Maska insanlar üzərində beyin çiplərini sınaqdan keçirməyə icazə verməyib.  

Məlumata görə, Maskın sahib olduğu "Neuralink" sınaqlar üçün 2019-cu ildən bəri ən azı dörd dəfə ABŞ-ın Qida və Dərman İdarəsinə müraciət edib. İdarə şirkətin insan üzərində sınaqlarından əvvəl həll etməli olduğu onlarla məsələnin olduğunu bildirib. Verilən cavabda o da qeyd olunub ki, klinik sınaqlara başlamazdan əvvəl startap ilk növbədə bir sıra təhlükəsizliklə bağlı problemləri həll etməlidir. FDA-nın ən böyük narahatlığı çipin litium batareyasıdır. Bundan əlavə, implantın kiçik hissələrinin beynin digər sahələrinə köçməsi ehtimalı var, hansının ki toxumalara zərər vermədən çıxarıla biləcəyi sual altındadır.

Qeyd edək ki, startap 2016-cı ildən nevroloji və digər xəstəliklərin müalicəsi üçün implantasiya edilə bilən çiplər hazırlayır. Bu çiplər ilk növbədə iflic kimi nevroloji xəstəliklərin müalicə olunması üçün nəzərdə tutulub. Maskın sözlərinə görə, gələcəkdə çiplər piylənmə, autizm, depressiya və ya şizofreniya kimi xəstəlikləri müalicə edə biləcək.

© copyright 2022 | tech.az | info@tech.az