Az | EN

Instagram "Snapchat"a olur - Instants

Cəmil Hüseynzadə
24 Aprel 2026 12:35
37 baxış
Instagram "Snapchat"a olur - Instants

Instagram istifadəçilər üçün “Instants” adlı yeni foto paylaşım tətbiqini test etməyə başlayıb. Hazırda İspaniya və İtaliya bazarlarında əlçatan olan tətbiq dostlarla yalnız bir dəfə baxıla bilən və 24 saat ərzində silinən şəkillərin paylaşılmasına imkan verir.

“Instants” istifadəçilərə fotoşəkli bir toxunuşla çəkməyə imkan yaradır və heç bir redaktə funksiyası təqdim etmir. Şəkillər yalnız tətbiqdaxili kamera ilə çəkilə bilər, qalereyadan yükləmə mümkün deyil. İstifadəçilər şəkillərə mətn əlavə edə bilsə də, digər dəyişikliklərə icazə verilmir.

Yeni tətbiq daha çox real və filtirsiz anların paylaşımına fokuslanır və Snapchat, BeReal kimi platformaların konsepsiyasını xatırladır.

Şirkət bildirir ki, məqsəd istifadəçilərə dostları ilə daha rahat və təzyiqsiz ünsiyyət imkanı yaratmaqdır. “Instants” həm ayrıca tətbiq kimi, həm də Instagram daxilində istifadə oluna bilər.

Tətbiq iOS və Android platformalarında test edilir və gələcəkdə daha geniş istifadəçi auditoriyasına təqdim oluna bilər.

© copyright 2022 | tech.az | info@tech.az