2025-ci il İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir Bakıda keçiriləcək INMerge 2026 innovasiya sammitinin əsas çıxışçılarından biri olacaq. Dünyanın ən nüfuzlu iqtisadi tarixçilərindən hesab olunan alim texnoloji innovasiyaların iqtisadi inkişaf və qlobal tərəqqəyə təsiri ilə bağlı araşdırmaları ilə tanınır.
Şimal-Qərb Universitetinin professoru olan Mokir tədbirdə bilik iqtisadiyyatının formalaşması, innovasiyanın gələcəyi və iqtisadi artımın əsas hərəkətverici qüvvələri haqqında çıxış edəcək.
INMerge regionun aparıcı innovasiya və texnologiya platformalarından biridir. PAŞA Holding tərəfindən hər il təşkil olunan tədbir startapları, investorları, texnologiya şirkətlərini və beynəlxalq ekspertləri bir araya gətirərək süni intellekt, rəqəmsal transformasiya, sahibkarlıq və innovasiya sahələrində müzakirələrə ev sahibliyi edir.
