İran hakimiyyəti ölkə daxilində məhdud sayda saytlara çıxışı olan daxili internet şəbəkəsi yaratmağı planlaşdırır. Bu barədə The Guardian qəzeti məlumat yayıb.
Məlumata görə, İranın dövlət informasiya agentliyi IRIB yaxın vaxtlarda ölkədə əlçatan olacaq bütün internet saytlarının siyahısını dərc edib. Siyahıya daxili axtarış sistemləri, xəritə və naviqasiya xidmətləri, mesajlaşma tətbiqləri, eləcə də yalnız dövlət tərəfindən təsdiqlənmiş videoların yer aldığı — İran versiyası sayılan daxili striminq platforması daxil edilib.
Qəzet qeyd edir ki, bu addımlar İranın “milli internet” adlandırılan və hökumət tərəfindən idarə olunan, xarici dünya ilə əlaqəsi minimum olan bir şəbəkə qurmaq istiqamətində ciddi səylər göstərdiyini ortaya qoyur.
Bildirilir ki, bu sistem üçün ən kritik alternativ çıxış yolu son iki il ərzində gizli şəkildə ölkəyə gətirilmiş Starlink terminallarıdır. Minlərlə aşağı orbit peyki vasitəsilə internetə çıxış imkanı yaradan bu qurğulardan istifadə edən şəxslər ciddi təhlükə ilə üzləşə bilər.
The Guardian xatırladır ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonunda milli valyuta — İran rialının kəskin dəyərdən düşməsi fonunda başlayıb.
