Az | EN

Kanada da dövlət işçilərinə TikTok-u qadağan etdi

Bənövşə Kazımova
28 Fevral 2023 17:12
285 baxış
Kanada da dövlət işçilərinə TikTok-u qadağan etdi

Avropa Komissiyasından sonra Kanada da TikTok-la bağlı mühüm qərar verib. Kanada hökuməti təhlükəsizlik risklərini əsas gətirərək TikTok-un hökumət tərəfindən verilən mobil cihazlarda istifadəsini qadağan edib və giriş bloklanıb.

Qərarla bağlı bildirilib ki, TikTok məxfilik və təhlükəsizlik üçün yüksək risk səviyyəsi yaradır. Kanada Xəzinədarlığı Şurasının verdiyi açıqlamada TikTok haqqında aşağıdakı açıqlama verilib:

"Kanada hökuməti hökumət məlumatlarını təhlükəsiz saxlamaq öhdəliyinə sadiqdir. Biz sistemlərimizi mütəmadi olaraq izləyirik və risklərə qarşı tədbirlər görürük. 28 fevral 2023-cü il tarixindən etibarən TikTok proqramı hökumət tərəfindən verilmiş mobil cihazlardan silinəcək. Bu cihazların istifadəçilərinin gələcəkdə proqramı endirməsi də qarşısı alınacaq. TikTok-u nəzərdən keçirdikdən sonra Kanadanın Baş İnformasiya Mütəxəssisi TikTok-un məxfilik və təhlükəsizlik riskinin qəbuledilməz səviyyədə olduğuna qərar verib."

Məsələ ilə bağlı TikTok-dan verilən açıqlamada bu qərardan məyus olduqları bildirilib və qərarı verməzdən əvvəl bu məsələni müzakirə etmək üçün onlarla əlaqə saxlanmadığı qeyd edilib.

© copyright 2022 | tech.az | info@tech.az