Erməni əsilli ulduz Kim Kardaşyan kriptovalyuta reklamına görə cərimələnib. Buna səbəb onun instagram hesabında "Ethereum Max" kriptovalyutası üçün reklam paylaşması olub. Belə ki, Kardaşyan "EthereumMax" adlı kriptovalyutanı qanunsuz tanıtmaqda ittiham olunub.
Bu barədə məlumat verən ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası realiti-TV ulduzunun kriptovalyutanın reklamına görə 250.000 dollar aldığını açıqlayıb. Əlavə olaraq qeyd edək ki, Kim Kardaşyan da daxil olmaqla, boksçu Floyd Mayveze, basketbolçu Paul Pirs və "EthereumMax" yaradıcıları yanvar ayında investorlar tərəfindən məhkəməyə verilib.
Instagram sosial şəbəkəsində 331 milyondan çox izləyicisi olan Kardaşyan növbəti üç il ərzində kriptovalyutaları reklam etməyəcəyinə söz verib.