KFC və ASUS birgə maraqlı kampaniyaya imza atıblar. Onlar məhdud sayda buraxılmış, polkovnik Sandersin simvolunu əks etdirən klaviatura düymələri – “keycap”lar hazırlayıb.
Bu xüsusi dizaynlı 7 düyməlik dəst yalnız Çində keçirilən kampaniya çərçivəsində əldə edilə bilib. İştirak etmək üçün müştərilər KFC-də yeni Vaqyu burger sifariş etməli idilər. Düymələr Cherry MX tipli mexaniki klaviaturalara uyğundur və bir çox modellə işləyir.
Aksiya ASUS-un oyun brendi ROG ilə əməkdaşlıqda keçirilib. Kampaniya iştirakçılarına həm hədiyyələr qazanmaq, həm də “brend çörəkxana”nın (gaming bakery) lotereyasında iştirak etmək şansı verilib.
Hazırda bu nadir düymələri almaq yalnız ikinci əl bazarlarında mümkündür. Bəzi şəxslər artıq bu məhsulları internetdə satışa çıxarıb.
Əgər bu düymələrə basanda birbaşa toyuq qanadları sifariş olunsaydı, bu təcrübə tam fərqli olardı.