Az | EN

Məmməd Kərim: "Azərbaycan bazarında unicorn şirkətlərin fəaliyyəti real görünmür"

Cəmil Hüseynzadə
26 Oktyabr 2023 16:35
687 baxış
Məmməd Kərim: "Azərbaycan bazarında unicorn şirkətlərin fəaliyyəti real görünmür"

Azərbaycan bazarında unicorn şirkətlərin (bazar dəyəri 1 milyard ABŞ dolları və ya daha çox olan özəl şirkətlər) fəaliyyəti hazırda məqsədə uyğun deyil və real görünmür.

Tech.az xəbər verir ki, bunu "Caucasus Ventures" vençur fondunun rəhbəri Məmməd Kərim Bakı Fintex Forumunda deyib.

O bildirib ki, Azərbaycanda unicorn şirkətlər yaradıb xarici bazarlara çıxmaq mümkün olar bilər: "Biz Azərbaycanda unicornu hədəf olaraq götürməməliyik. Bunun əvəzinə texnoloji yeniliklərə cavab verən, tələblərə uyğun startaplar hazırlamalıyıq. Azərbaycanda bazara uyğun sağlam texnoloji həllər təklif edən adi şirkətlər daha uğurlu fəaliyyət göstərə bilər".

Qeyd edək ki, bir qayda olaraq, unicorn (təkbuynuzlu) şirkətlər hələ startap mərhələsində seçilirlər və əla maliyyə nəticələri nümayiş etdirərək, investorları onlara sərmayə qoymağa təşviq edirlər. Məsələn, onlar qısa müddət ərzində yeni müştərilər cəlb edir, mənfəət artımında rekord göstəricilər nümayiş etdirir və unikal məhsul istehsal edir.

Dünyada yüzlərlə unicorn şirkətlər mövcuddur və bu şirkətlər tələb, barter, elektron kommersiya, pərakəndə satış və.s kimi sektorlarda fəaliyyət göstərirlər. Şirkətlərin çoxu texnoloji olsa da, unicorn terminini fərqli sahələrdə də görə bilərik. Dünya üzrə unicornlar daha çox Çin, ABŞ, Hindistan, Cənubi Koreya və Böyük Britaniyada yaranır və inkişaf edir. Çoxlarının tanıdığı "WeWork", "Airbnb", "SpaceX", "DiDi", "Uber JUUL Labs" kimi şirkətlər nə vaxtsa unicorn şirkətlər idilər.

 

©report.az

© copyright 2022 | tech.az | info@tech.az