Az | EN

Məşhur reper Kanye Uestin "Twitter" hesabı bloklanıb

Bənövşə Kazımova
03 Dekabr 2022 13:49
425 baxış
Məşhur reper Kanye Uestin "Twitter" hesabı bloklanıb

“Twitter” şirkətinin yeni sahibi, sahibkar İlon Mask məşhur amerikalı reper Kanye Uestin sosial şəbəkədəki hesabını bloklayıb.

“Mən əlimdən gələn hər şeyi etdim. Buna baxmayaraq, o, zorakılığa qarşı yönəlmiş qaydalarımızı yenidən pozdu. Onun hesabı bloklanacaq”, – deyə Mask açıqlamasında bildirib. Məlumata görə, hazırda reperin hesabı dayandırılıb. Uestin səhifəsi daha əvvəl də antisemit antisemit hesab olunan ifadələrinə görə bloklanmışdı.

Xatırladaq ki, repçi ABŞ ordusunun hərbi hazırlıq səviyyəsini ələ salaraq istifadəçilərin antisemit hesab etdiyi tvit yazmışdı. Sonradan məlum oldu ki, Amerikanın idman ayaqqabıları istehsal edən "Skechers" şirkəti, eləcə də bir çox başqa brendlər onun ictimai açıqlamaları ilə ona qarşı yönəlmiş tənqid dalğası fonunda sənətçi ilə əməkdaşlıqdan imtina edib.

© copyright 2022 | tech.az | info@tech.az