Az | EN

Meta 1,3 milyard dollar cərimələnib

Fidan Abbaszadə
22 May 2023 16:43
158 baxış
Meta 1,3 milyard dollar cərimələnib

Meta Facebook istifadəçi məlumatlarını ABŞ-ə sızdırdığına görə 1,3 milyard dollar cərimələnib. Rekord məbləğdə olan bu cərimə ilə Metaya məlumat ötürülməsini dayandırmaq əmri verilib.

Qərar İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) tərəfindən qəbul edilib və bildirilib ki, ABŞ-ə məlumat ötürülməsi mövcud qanunvericilik olan GDPR-ı pozduğu və Facebook istifadəçilərinin əsas hüquq və azadlıqları nəzərə alınmadığı üçün cərimə tətbiq edilib. Bu cərimə oxşar məxfilik pozuntularına görə 2021-ci ildə Amazon-a tətbiq edilən 746 milyon avronu da keçir.

Meta-nın qlobal məsələlər üzrə rəhbəri Nik Kleq və şirkətin baş hüquq direktoru Cennifer Nyustedin bloq yazısında cəriməni “ədalətsiz və lazımsız” adlandırıb. Şirkət məlumatların ötürülməsi üçün oxşar hüquqi çərçivələrdən istifadə edən "minlərlə" şirkətdən yalnız biri olduğunu vurğulayıb. “Biz bu qərarlara etiraz edirik və bu qərarların Facebook-dan istifadə edən milyonlarla insana vuracağı zərəri nəzərə alaraq, məhkəmələrdən icra müddətlərinin dərhal dayandırılmasını istəyəcəyik" deyə Clegg və Newstead yazıb.

© copyright 2022 | tech.az | info@tech.az