Meta ilk dəfə öz brendi altında ağıllı eynəklərini təqdim edib. Şirkətin yeni Meta Glasses seriyası 299 dollardan başlayan qiymətlə satışa çıxarılıb. Qurğular əvvəlki modellərdə olduğu kimi EssilorLuxottica ilə əməkdaşlıq çərçivəsində istehsal edilsə də, bu dəfə birbaşa Meta brendi altında təqdim olunur.
Yeni seriyaya Meta Adventurer, Meta Fury və Kylie Jenner ilə əməkdaşlıq çərçivəsində hazırlanmış Meta Glasses by Kylie (Starfire) modelləri daxildir. İlk iki modelin qiyməti 299 dollar, xüsusi versiyanın qiyməti isə 399 dollardır.
Eynəklər 12 meqapiksellik kamera, 3K video çəkilişi, altı mikrofon və süni intellekt funksiyalarını idarə edən Muse Spark modeli ilə təchiz olunub. Qurğularda ekran yer almasa da, batareyanın 8 saata qədər işlədiyi bildirilir. Meta gələcəkdə yalnız zənglər, audio dinləmə və AI köməkçisi üçün nəzərdə tutulmuş daha ucuz, kamerasız versiya da təqdim edə bilər.
Şirkət hesab edir ki, yeni məhsullar ağıllı eynəklərin daha geniş istifadəçi kütləsi arasında yayılmasına kömək edəcək.
