Az | EN

Meta-nın süni intellekt aləti şəkilləri təhlil etməyi asanlaşdırır

Fidan Abbaszadə
09 İyun 2023 11:10
134 baxış
Meta-nın süni intellekt aləti şəkilləri təhlil etməyi asanlaşdırır

Fotoşəkilləri redaktə etmək və görüntüləri təhlil etmək üçün müxtəlif obyektləri müəyyən edib ayıra bilmək lazımdır. Adətən, tədqiqatçılar hər dəfə təsvirin yeni hissəsini təhlil etmək istədikdə sıfırdan başlamalı olurlar.

Meta bu cür problemlər üzərində işləyən tədqiqatçılar və veb tərtibatçıları üçün bu çətin prosesi asanlaşdırmağı hədəfləyir. Şirkət “Segment Anything Model” və ya “SAM” adlı süni intellekt modelini istifadəyə verib. Bu model vasitəsilə istifadəçilər bir nöqtəyə klikləməklə və ya obyektin ətrafında bir qutu çəkməklə təsvirdəki hər hansı elementin “kəsikləri” və ya seqmentlərini yarada bilərlər. 

Obyektlərin tanınması və kompüter görmə texnologiyaları illərdir mövcuddur. Belə ki, onlar artıq müşahidə kameraları, dronlar kimi müxtəlif cihazlara inteqrasiya olunub. Məsələn, Amazon mağazaları səbətinizə qoyduğunuz əşyaları aşkar etmək üçün obyekt tanıma funksiyasından istifadə edir, avtonom nəqliyyat vasitələri isə ətrafdakıları dərk etmək üçün ondan istifadə edir. Runway kimi müasir startaplar və Adobe süni intellekt vasitəsilə şəkildəki müxtəlif obyektləri aşkar etmək və seçmək funksiyalarını kommersiyalaşdırıblar.

© copyright 2022 | tech.az | info@tech.az