Az | EN

Metanın 499 dollarlıq yeni virtual reallıq eynəkləri təqdim edilib

Fidan Abbaszadə
02 İyun 2023 10:53
241 baxış
Metanın 499 dollarlıq yeni virtual reallıq eynəkləri təqdim edilib

Virtual reallıq bazarının ən mühüm oyunçularından biri olan Meta Quest 3 virtual reallıq eynəklərini rəsmi olaraq təqdim edib.

Mark Zukerberqin Instagram-da yazdığı bir yazı ilə təqdim edilən Quest 3 virtual reallıq eynəkləri Quest 2 modelindən 40 faiz daha yüngüldür. Əlavə edək ki, Meta-nın Quest 3 modelini təqdim etmək üçün seçdiyi tarix kifayət qədər əhəmiyyətlidir.

Apple-ın gələn bazar ertəsi iyunun 5-də keçiriləcək WWDC 2023 tədbirində ilk qarışıq reallıq eynəklərini təqdim etməsi gözlənilir.

Mark Zukerberqin Instaqram səhifəsində yer alan məlumata görə, Quest 3 Qualcomm-un yeni nəsil prosessorlarından istifadə edəcək. Əlavə edək ki, Quest 3 əvvəlki modeldən təxminən 2 dəfə daha çox qrafik performansı təqdim edəcək. Quest 3 virtual reallıq eynəklərində 3 yeni sensor da var. 

Quest 3 modeli rəsmi olaraq təqdim edilsə də, cihazın texniki xüsusiyyətləri ilə bağlı detallar hələ tam şəkildə paylaşılmayıb. Yeni modelin texniki detallarının sentyabrın 27-də keçiriləcək Meta's Connect tədbirində paylaşılacağı gözlənilir.

Zukerberqin çatdırdığı məlumata görə, Quest 3 virtual reallıq eynəklərinin qiyməti 499 dollar olacaq. 

© copyright 2022 | tech.az | info@tech.az