Microsoft Corp (MSFT.O) səhmləri cümə axşamı günü yeni rekord həddə yüksəlib. Buna səbəb şirkətin süni intellektlə birbaşa bağlılığıdır.
Süni intellektdə mərhələ keçən OpenAI-ın ChatGPT çatbotuna sərmayə qoymaqla şirkət uğurlu addım atmışdı. Bu addım ilk gündən öz müsbət nəcticəsini verməyə başlayıb.
Cümə axşamı günü Microsoft-un səhmləri 3,2% artaraq hər bir səhm üçün 348,10 dollar olub. İl ərzində səhmlər 45%-dən çox dəyər qazanıb.
Son hadisələrin gedişatı şirkətin dəyərinin yüksəlməsinə ciddi təsir göstərib. Hazırda Microsoft-un dəyəri 2.6 trilyon dollardır.