Az | EN

Microsoft və OpenAI Bing-ə ChatGPT dəstəyi gətirir

Cəmil Hüseynzadə
04 Yanvar 2023 11:40
368 baxış
Microsoft və OpenAI Bing-ə ChatGPT dəstəyi gətirir

Microsoft Bing axtarış sisteminin yeni versiyası üzərində işləyir. Bu versiyada Bing OpenAI-nin süni intellektli çatbotu ChatGPT-dən dəstək alacaq.

Paylaşılan məlumata görə, Microsoft bu yeni funksiyanı martın sonunda təqdim edəcək. Hələlik Microsoft və OpenAI bu mövzuda açıqlama vermir.

Bu OpenAI və Microsoft arasında ilk əməkdaşlıq deyil. Microsoft keçən il paylaşdığı bloq yazısında OpenAI-nin vizual istehsal aləti DALL-E-ni Bing-ə inteqrasiya etməyi planlaşdırdığını bildirmişdi.

Qeyd etmək lazımdır ki, Microsoft 2019-cu ildə OpenAI-ı dəstəkləyib və 1 milyard dollar maliyyə təklif edib. Onu da xatırladaq ki, ikili “Microsoft”un “Azure” bulud hesablama xidmətində süni intellektli super hesablama texnologiyalarını inkişaf etdirmək üçün illərlə davam edəcək tərəfdaşlıq qurub.

ChatGPT dəstəyi ilə Bing-in Google ilə yeni rəqabət mərhələsin keçəcək.

© copyright 2022 | tech.az | info@tech.az