Az | EN

Microsoft Windows üçün yeni dəyişikliklər edib

Nail Valiyev
20 İyun 2023 11:18
298 baxış
Microsoft Windows üçün yeni dəyişikliklər edib

Bir müddət əvvəl Microsoft öz açıqlamasında bir sıra proqramları yeniləyəcəyini bildirmişdi. Amma bu hal istifadəçilər tərəfindən yaxşı qarşılanmadığına görə yeniləmə qərarını təxirə salmışdı. 

Microsoftun Windowsda etdiyi əsas dəyişikliklərdən biri mail və təqvim proqramlarının istifadəsinin yekunlaşdırılması ilə bağlıdır. 

Bildirilib ki, Microsoft bu ilin sentyabr ayında mail və təqvimi deaktiv edərək, sadəcə Outlooku istifadəyə verəcək. Outlook həmçinin 3cü tərəf e-poçtları da dəstəkləyə biləcək. Microsoft-Outlook 365 abunəçiliyi olan istifadəçilərin bu proqramdan rahatlıqla istifadə edə biləcəyi də qeyd olunub. 

© copyright 2022 | tech.az | info@tech.az