Az | EN

Money Industries və Klasha Transsərhəd Ödənişlər Üçün Güclərini Birləşdirir

Cəmil Hüseynzadə
30 Sentyabr 2024 16:04
244 baxış
Money Industries və Klasha Transsərhəd Ödənişlər Üçün Güclərini Birləşdirir

Sərhəd ötesi fintek həllərinin lideri olan Money Industries, qlobal trnassərhəd  ödəniş şirkəti Klasha ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Bu əməkdaşlıq, Money Industries-in yerli və beynəlxalq istifadəçilərinin Afrika bazarına açılmasına və Afrikalı müştərilərdən sərhəd ötesi ödənişləri tez və təhlükəsiz şəkildə qəbul etməsinə imkan verəcəkdir.

Money Industries-in tərəfdaşı olan maliyyə təşkilatları bu əməkdaşlıq vasitəsilə Afrika ölkələrinə yerli valyutada həm alıcı, həm də göndərən olaraq pul köçürmələri edə biləcəklər. Bu yenilikçi həll istifadəçilərin trnassərhəd əməliyyatlarını sadələşdirərək qlobal ödənişləri idarə etməyi asanlaşdıracaq və onların Afrika bazarına çıxışını genişləndirəcəkdir.

Money Industries-in CEO-su Kutay Yalınkılınç əməkdaşlıq haqqında belə dedi: “Money Industries maliyyə qurumlarına məhdudiyyətsiz və problemsiz qlobal əməliyyatlar təklif etmək məqsədi ilə qurulmuşdur. Klasha ilə imzaladığımız bu saziş şirkətimizin fəaliyyət sahəsini yeni bir qitəyə genişləndirmək baxımından böyük bir addımdır. Bu əməkdaşlığın Money Industries-in fəaliyyət göstərdiyi ölkələrlə Afrika arasında əhəmiyyətli sərhəd ötesi pul köçürmələri və ödəniş həlləri imkanları yaradacağına inanırıq.”

Klasha-nın CEO-su Jess Anuna isə əməkdaşlıqla bağlı bunları söylədi: “Money Industries ilə birlikdə çalışaraq istifadəçilərin Afrika bazarında ödənişlər toplamasına imkan yaratdığımız üçün həyəcanlıyıq. Bu əməkdaşlıq Afrikalılara dünya miqyasında olduğu kimi qlobal məhsul və xidmətlərə maneəsiz giriş imkanı təmin etmək missiyamızda mühüm bir addımdır. Money Industries ilə birlikdə sərhəd ötesi ödənişləri daha sürətli, daha asan və daha əlçatan edirik.”

Bu əməkdaşlıq, Money Industries-in inkişaf etmiş texnoloji infrastrukturunu Klasha-nın güclü regional ekspertizası ilə birləşdirərək trnassərhəd əməliyyatları daha sürətli və təhlükəsiz edəcəkdir. Beləliklə, qlobal maliyyə bazarlarını birləşdirən bu əməkdaşlıq, bizneslər və fərdlər üçün güclü qlobal əlaqələr qurmağa töhfə verəcəkdir.

Money Industries Haqqında:

Money Industries, maliyyə qurumları üçün qlobal əməliyyatları asanlaşdıran və sərhəd ötesi ödənişlərdə inqilab yaradan fintek şirkətidir. Müxtəlif maliyyə sistemləri arasında körpü quran Money Industries, banklar və fintek şirkətlərinə yeni qaydalar və ya vəsait tələbləri olmadan sərhəd ötesi fəaliyyət göstərməyə imkan verir. Money Industries inkişaf etmiş inteqrasiya sistemi vasitəsilə qlobal pul köçürmələri və ödəniş xidmətlərini problemsiz şəkildə təqdim edir. Qlobal maliyyə əməliyyatlarını sərhədsiz edən Money Industries, əməliyyatları sürətləndirir və sistemi daha təhlükəsiz edir.

Klasha Haqqında:

Klasha inkişaf etməkdə olan bazarlara pul köçürmələrini maneəsiz həyata keçirmək üçün platforma və API həlləri təklif edən qlobal texnologiya şirkətidir. Bizneslər, Klasha-nın geniş API infrastrukturunu istifadə edərək ekzotik və güclü valyutaları toplayır, göndərir və saxlayır. 2021-ci ildə Jess Anuna tərəfindən təsis edilmiş Klasha, 120-dən çox valyutanı toplayır və göndərir, istifadəçilərə həm zaman, həm də maliyyət üstünlükləri təmin edir.

© copyright 2022 | tech.az | info@tech.az