Az | EN

MrBeast öz mobil operatorunu yaradır

Cəmil Hüseynzadə
05 Dekabr 2025 11:32
24 baxış
MrBeast öz mobil operatorunu yaradır

Məşhur amerikalı bloger MrBeast "Beast Mobile" adlı öz şəxsi telekommunikasiya brendini işə salmaq üzrədir.

Layihə Beast Industries şirkətinin baş direktoru Ceffri Xauzenbold tərəfindən təsdiqlənib. Şirkət mobil virtual operator (MVNO) modelindən istifadə edəcək, yəni T-Mobile və ya Verizon kimi iri operatorlardan şəbəkə resurslarını icarəyə götürəcək. Bu sayədə fiziki infrastruktur yaratmaq əvəzinə marketing, güclü brend və istifadəçi təcrübəsinə diqqət yetiriləcək.

Ekspertlər qeyd edir ki, MrBeast-in dünya üzrə milyonlarla sadiq abunəçisi layihənin əsas aktivini təşkil edəcək.

Əvvəlcə bloger TikTok-u ABŞ-da bloklanmaqdan qorumaq məqsədilə satın almağı planlaşdırdığını açıqlamışdı.

© copyright 2022 | tech.az | info@tech.az