"The Wall Street Journal" yazır ki, o, raket istehsal edən Stoke Space startapını almaq üçün danışıqlar aparıb. Altmanın məqsədi İlon Maskın SpaceX şirkətinə rəqib yaratmaq olub.
Məlumata görə, Altman bu startapa mərhələli şəkildə milyardlarla dollar investisiya qoymağa və onu tam nəzarətə götürməyə hazır imiş. Stoke Space startapını vaxtilə Blue Origin-də işləyən mütəxəssislər qurub və onlar təkrar istifadə oluna bilən raketlər hazırlayırlar. Lakin hazırda danışıqların dayandırıldığı bildirilir.
Altmanın əsas planı gələcəkdə kosmosda məlumat mərkəzləri qurmaqdır. O düşünür ki, kompüterlərin işləməsi üçün lazım olan enerji tələbatı və ekoloji problemlər səbəbindən bu mərkəzləri kosmosa köçürmək daha sərfəlidir.
Bu addım Altmanın İlon Maskla rəqabətini daha da qızışdıra bilər. Çünki o, artıq avqust ayında Maskın Neuralink layihəsinə rəqib olan Merge Labs adlı yeni bir startap da yaradıb.
