Az | EN

Neuralink çiplərinin insanlar üzərində testinə başlanılıb

Cəmil Hüseynzadə
30 Yanvar 2024 11:30
526 baxış
Neuralink çiplərinin insanlar üzərində testinə başlanılıb

İlon Maksın Neuralink startapı insanlar üzərində testə başlayıb. Bua barədə İlon Mask X hesabında məlumat paylaşıb. X hesabında "İlkin nəticələr ümidverici neyron sünbüllərinin aşkarlanmasını göstərir" sözlərini qeyd edib.

Neuralink-in ilk cihazının adının 'Telepatiya' olduğunu açıqlayan Mask, çip taxılan xəstənin sağalmaqda olduğunu əlavə edib. Şirkət insan beynini kompüterlə birləşdirərək mürəkkəb nevroloji problemlərə həll yolları yaratmağı qarşısına məqsəd qoyduğunu bildirir.

Neuralink 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alındığını açıqlamışdı.

Əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.

© copyright 2022 | tech.az | info@tech.az