Az | EN

Next Step İnnovasiya mərkəzi Edtech startaplarından ibarət Pre-inkubasiya proqramı elan edir

Səbinə Eyvazova
04 Dekabr 2023 10:37
324 baxış
Next Step İnnovasiya mərkəzi Edtech startaplarından ibarət Pre-inkubasiya proqramı elan edir

Next Step İnnovasiya mərkəzi Edtech startaplarını Pre-inkubasiya proqramına qoşulmağa dəvət edir.

Edtech (Təhsil texnologiyaları) startapları əsasən ənənəvi öyrənmə üsullarını rəqəmsallaşdıraraq təhsili daha əlçatan və interaktiv etmək məqsədi güdürlər. Dünya təcrübəsində bir çox Edtech startapları böyük uğurlar (Məsələn, Coursera, Khan Academy, Duolingo və s.) əldə ediblər. 

Əgər, Edtech sahəsi ilə bağlı yenilikçi və inqilab yaradacaq fikirləriniz və ya startapınız varsa, sizi Next Step İnnovasiya Mərkəzinin Pre-inkubasiya proqramına qoşulmağa çağırırıq.
 
Next Step İnnovasiya Mərkəzinin pre-inkubasiya proqramı startupları dəstəkləmək və şirkətləri konsept mərhələsindən demo (Minimum İşlək Məhsul) mərhələsinə çatdırmaq üçün təsis edilmişdir. 
Pre-İnkubasiya proqramı 10 Startap komandasından ibarət 3 aylıq bir proqramdır. Proqramda 10 xarici və yerli təlimçilərdən ibarət təlimlər, eyni zamanda diaspora üzvlərinin iştirakı ilə seminarlar da keçiriləcəkdir. Həmçinin proqramda mentorlar tərəfindən həftəlik mentorinqlər keçiriləcək və beləliklə, ümumi olaraq hər komanda ilə 48 üz-üzə mentorluq olacaqdır.

Bu şansı dəyərləndir və müraciət etmək üçün tələs:  https://shorturl.at/fqCGY

Son müraciət tarixi: 15 Dekabr

© copyright 2022 | tech.az | info@tech.az