Notion öz süni intellekt əsaslı poçt xidməti Notion Mail-in iOS tətbiqini istifadəyə verib. Yeni tətbiq artıq App Store-da mövcuddur və 18-dən çox dili dəstəkləyir. Bu, Notion-un qeydlər xidməti və təqvimdən sonra təqdim etdiyi üçüncü iOS tətbiqidir.
Xatırladaq ki, Notion Mail 2025-ci ilin aprelində təqdim edilmişdi və ilk mərhələdə yalnız veb və Mac versiyaları mövcud idi. Xidmət Gmail hesablarına qoşularaq məktubları avtomatik çeşidləmək, axtarmaq, cavab qaralamaları hazırlamaq və görüşləri planlaşdırmaq imkanları təklif edir. Tətbiq həmçinin Notion Calendar ilə inteqrasiya olunaraq istifadəçilərə məktublardakı görüş təkliflərini birbaşa təqvimə əlavə etməyə şərait yaradır.