Kyivstar, İlon Mask-a məxsus Starlink-in direct-to-mobile texnologiyasını Şərqi Avropada uğurla sınaqdan keçirib. Pilot test Ukraynanın Zhytomyr bölgəsində aparılıb. Test zamanı Kyivstar-ın CEO-su Oleksandr Komarov və Ukraynanın rəqəmsal transformasiya naziri Mykhailo Fedorov adi smartfonlardan istifadə edərək bir-birilərinə mesaj göndərə biliblər.
Bu texnologiyanın əsas üstünlüyü odur ki, mobil şəbəkələrin işləmədiyi bölgələrdə belə etibarlı əlaqə təmin edir. Xüsusilə müharibədən zərər görmüş Ukrayna ərazilərində bu vacibdir, çünki Rusiya hücumları nəticəsində rabitə tez-tez kəsilir. Peyklərdə quraşdırılmış xüsusi modemlər siqnalları birbaşa smartfonlara ötürür və sanki kosmosda kiçik mobil baza stansiyası işləyirmiş kimi rabitəni mümkün edir.
Dünyada bir çox telekommunikasiya şirkətləri peyk texnologiyasına maraq göstərir. Məqsəd “ölü zonaları” aradan qaldırmaq və ən ucqar yerlərdə belə internet və mobil rabitə təmin etməkdir. Starlink artıq 10 ölkədə mobil operatorlarla əməkdaşlığa başlayıb, Kyivstar isə Avropada bu xidməti tətbiq edən ilk operator olacaq.
Planlara görə, xidmət kommersiya istifadəsinə 2025-ci ilin sonlarında veriləcək. İlkin mərhələdə yalnız mesajlaşma aktiv olacaq, 2026-cı ildən isə mobil peyk interneti geniş auditoriyaya təqdim olunacaq.
Bundan əlavə, Kyivstar-ın sahibi VEON digər provayderlərlə, o cümlədən Amazon-un Project Kuiper layihəsi ilə, peyk xidmətlərini Ukrayna xaricinə çıxarmaq üçün danışıqlar aparır.