Nvidia-nın baş direktoru Censen Huanqın (Jensen Huang) şirkətin səhiyyə üzrə vitse-prezidenti Kimberli Pauell (Kimberly Powell) ilə nikahdankənar münasibətdə olduğu barədə məlumatlardan sonra direktorlar şurasının onun vəzifədən kənarlaşdırılmasını müzakirə etdiyi bildirilir. Bloomberg-in məlumatına görə, şura Huana mümkün əvəzləyicilərin tapılması üçün müstəqil şirkət cəlb edib. Semafor-un mənbələri isə bəzi direktorların maliyyə direktoru Kollett Kressin (Colette Kress) müvəqqəti rəhbər təyin olunmasını istədiyini bildirir.
“The New York Times”ın mənbələrinin məlumatına görə, ABŞ kəşfiyyatının Pekin üçün işlədiyini iddia etdiyi çinli sahibkarla münasibətinə görə barəsində araşdırma aparılan Huanqın şirkət əməkdaşı ilə də nikahdankənar münasibəti olub. Həmin şəxsin Nvidia-nın səhiyyə üzrə vitse-prezidenti Kimberli Pauell olduğu bildirilir.
Pauell 2008-ci ildən Nvidia-da çalışır. O, 2016-cı ildə süni intellekt sahəsində biznesin inkişafı üzrə baş direktor vəzifəsinə yüksəlib, 2017-ci ilin sonlarında isə şirkətin səhiyyə istiqamətinə rəhbərlik etməyə başlayıb. O, Nvidia çiplərinin tibb sahəsində tətbiqinə cavabdehdir.
Mənbələrin sözlərinə görə, 2026-cı ilin martında keçirilən Nvidia konfransı zamanı şahidlərdən biri Huanq və Pauellin bir-birinə yaxın münasibət göstərdiyi anları videoya çəkib. Bildirilir ki, Nvidia rəhbərinin mühafizəçiləri çəkilişi aşkar etdikdən sonra həmin şəxsi saxlayıb və ondan məlumatların açıqlanmaması ilə bağlı müqavilə imzalamağı tələb ediblər.
“The New York Times” qeyd edir ki, Nvidia-nın etik davranış kodeksi əməkdaşlardan maraqlar toqquşmasından, o cümlədən şəxsi münasibətlərdən yayınmağı tələb edir. Şirkət mümkün qayda pozuntularını operativ şəkildə araşdırdığını da bəyan edib.
Nvidia-nın mətbuat xidməti, Censen Huanq və Kimberli Pauell yayılan məlumatlarla bağlı hələlik açıqlama verməyiblər.
“The Wall Street Journal”ın məlumatına görə isə Nvidia-nın direktorlar şurası Huanqın iki nikahdankənar münasibəti barədə xəbərlərdən sonra onu baş direktor vəzifəsindən uzaqlaşdırmağa hazırlaşır. Nəşrin mənbələri şuranın iclasının 2026-cı il noyabrın 11-i axşam saatlarında keçirilə biləcəyini bildirsə də, iclasın nəticələri barədə hələ məlumat verilməyib.
Bloomberg-in mənbələri direktorlar şurasının Huanqı əvəz edə biləcək namizədləri müəyyənləşdirmək üçün müstəqil şirkətə müraciət etdiyini təsdiqləyib. Semafor-un məlumatına görə, bəzi direktorlar maliyyə direktoru Kollett Kressin müvəqqəti baş direktor təyin edilməsini istəyir. Bununla belə, yekun qərar hələ qəbul edilməyib.
