Az | EN

On minlərlə istifadəçi Twitter hesabına daxil ola bilməyib

Bənövşə Kazımova
29 Dekabr 2022 12:17
422 baxış
On minlərlə istifadəçi Twitter hesabına daxil ola bilməyib

Bir tərəfdən İlon Maskın yeni idarəetmə siyasətinə uyğunlaşmağa çalışan, digər tərəfdən isə kiber hücumlarla mübarizə aparan Twitter indi də platformaya giriş problemi ilə üzləşib.

İstifadəçilərdən gələn məlumatlara görə, onlar gecə saatlarından Twitter platformasına daxil olmaqda çətinlik çəkiblər. Belə ki, bütün dünyada on minlərlə istifadəçinin saat 04:00 radələrində sistemə daxil ola bilmədiyi məlum olub. Daha sonra sistemə daxil ola bilməyən istifadəçilərə xətanın aradan qaldırıldığı mesajı göndərilib.

Qeyd edək ki, səhər saatlarında problemin böyük qisminin həll olunduğu, lakin bir çox istifadəçinin hələ də sistemə daxil olmaqda hələ də problem yaşadığı bildirilir. İlon Mask isə məsələ ilə bağlı hələlik heç bir ciddi problem olmadığını açıqlayıb

© copyright 2022 | tech.az | info@tech.az