Az | EN

OpenAI-ın ilk süni intellekt çipini 2026-cı ildə hazırlamağı planlaşdırdığı bildirilir

Cəmil Hüseynzadə
30 Oktyabr 2024 11:45
197 baxış
OpenAI-ın ilk süni intellekt çipini 2026-cı ildə hazırlamağı planlaşdırdığı bildirilir

OpenAI 2026-cı ildə ilk süni intellekt çipini istehsal etməyi planlaşdırır. Şirkət öz daxili süni intellektçipini hazırlamaq üçün TSMC və Broadcom ilə əməkdaşlıq edir və eyni zamanda, süni intellekt modellərinin təlimi üçün Nvidia ilə yanaşı AMD çiplərindən də istifadə etməyə başlayacaq.

Reuters-in məlumatına görə, OpenAI əvvəlcə çip istehsalı üçün zavodlar şəbəkəsi qurmaq planlarından imtina edib və əvəzinə daxili çip dizaynına fokuslanıb. Şirkət bir neçə aydır ki, Broadcom ilə süni intellekt modellərinin idarə olunması üçün xüsusi çip hazırlayır və bu çipin 2026-cı ildə istifadəyə verilməsi gözlənilir.

Bununla yanaşı, OpenAI təlim prosesində Microsoft-un Azure bulud platforması vasitəsilə AMD çiplərindən istifadə etməyi planlaşdırır. Şirkət əvvəllər əsasən Nvidia GPU-larına etibar edirdi, lakin çip çatışmazlığı, gecikmələr və yüksək təlim xərcləri şirkəti alternativlər araşdırmağa məcbur edib.

© copyright 2022 | tech.az | info@tech.az