OpenAI Nyu-Yorkda yerləşən “Global Illumination” süni intellekt dizayn studiyasını satın alıb.
OpenAI yaradıcı süni intellekt alətləri və rəqəmsal təcrübələr üzrə ixtisaslaşan Global Illumination-ı satın almaqla öz bizneslərini bir addım da irəli aparmaq istəyirlər. Bu satınalma OpenAI-nin yarandığı gündən bəri ilk böyük alışı olacaq.
Müqavilənin təfərrüatları açıqlanmasa da “Global Illumination” komandasının OpenAI-də əsas layihələr üzərində işləyəcəyi bildirilib.
OpenAI Global Illumination-ın "yaradıcı süni intellekt alətləri və rəqəmsal təcrübələr" sahəsində təcrübəsini vurğulayaraq, bu alışla istifadəçi təcrübəsini daha da zənginləşdirməyi hədəflədiyini qeyd edib.
Global Illumination xüsusilə Instagram və Facebook kimi əsas platformalarda məhsul inkişafı ilə tanınır. Bundan əlavə, YouTube, Google, Pixar və Riot Games kimi mühüm şirkətlərlə əməkdaşlıq edir. Studiya həmçinin öz portfelində Minecraft-a bənzər bir oyun olan Biomes-i saxlayır.