Az | EN

“OpenAI” Yanvar ayında “AI” agent alətini buraxa bilər

Röya Yusifbəyli
14 Noyabr 2024 18:54
174 baxış
“OpenAI” Yanvar ayında “AI” agent alətini buraxa bilər

“OpenAI” şirkəti istifadəçilərin kompüterinə birbaşa daxil ola bilən “Operator” kod adlı proqram təminatı buraxmağa hazırlaşır. Şirkət ilkin olaraq bu aləti proqram tərtibatı “api”ı üzərindən elmi araşdırmalar üçün test edəcək. “Blomberg”in xəbərinə əsasən,

bu alət web brauzerdə ümumi məqsəd üçün istifadə edilən və tapşırıqları yerinə yetirən alət formasında ola bilər.

“Operator”un “Anthropic” şirkətinin son dönəmlər açıqladığı agent xüsusiyyətinə və “Google”un istifadəçilərə yönəldiyi deyilən agent xüsusiyyətinə qarşı mübarizə aparacağı deyilir. Həmçinin “Operator”un buraxılması ilə bağlı xəbər “OpenAI” şirkətinin ABŞ-ın süni intellekt strategiyası üçün təkliflər verdiyi sənədlə eyni günə təsadüf edib. Həmin sənəddə federal hökumətin süni intellekt mərkəzli “iqtisadi zonalar” yaradaraq süni intellekt infrastrukturunun inşasına icazə verməsi və ABŞ-ın öz müttəfiqləri ilə blok yaradaraq süni intellekt mövzusunda Çin ilə rəqabət aparması kimi təkliflər yer alıb.

© copyright 2022 | tech.az | info@tech.az