Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
18 Sentyabr 2023 14:10
338 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Mighty Buildings - Kaliforniyada yerləşən 3D çap tikinti startapı Mighty  $52 mln yatırım alıb.

Actio Biosciences - Nadir xəstəliklər üçün dərmanlar hazırlayan tədqiqat startapı  $55 mln investisiya əldə edib. 

Rome Therapeutics - Mərkəzi Bostonda yerləşən startap 72 milyon dollar investisiya alaraq B seriyasını böyüdərək ümumi məbləğini 149 milyon dollara çatdırıb. Startap xərçəng və otoimmün xəstəliklər üçün yeni müalicələr inkişaf etdirir.

Pixis -  AI marketinq startapı Pixis, Touring Capital tərəfindən idarə olunan 85 milyon dollarlıq C1 seriyasında $85 mln investisiya əldə edib. 

Enfabrica -  Enfabrica hesablama iş yüklərindəki tıxanmaları aradan qaldırmaq üçün aparat, proqram təminatı və sistem texnologiyaları hazırlayır. Startap $125 mln investisiya alıb. 

EquipmentShare - $150 mln investisiya alan startap podratçılara məhsuldarlığı sürətləndirməyə kömək etmək üçün tikinti sənayesinə xidmət göstərən avadanlıq və rəqəmsal həllər təminatçısıdır.

Generate Biomedicines - Generate Biomedicines dərman sahəsində yeni həllər yaratmağa yönəlmiş bir biotexnologiya şirkətidir. Startap $273 mln investisiya alıb. 

Databricks - $500 mln investisiya əldə edən Databricks ictimai buludda saxlanılan korporativ məlumatlarla qarşılıqlı əlaqədə olan AI bulud məlumat platformasıdır.

© copyright 2022 | tech.az | info@tech.az