Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
27 İyun 2022 13:30
221 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

DEM BioPharma - Xərçəng xəstəliyinin müalicəsinə yönələn biotexnologiya startapı DEM BioPharma $70 mln investisiya əldə edib.

Openly - $75 mln yatırım alan startap mənzillər üçün sığorta xidmətləri təqdim edir.

Ledger Investing - İnvestorlar və sığorta şirkətləri arasında qarşılıqlı əlaqəni təmin edən startap  ötən həftə $75 mln sərmayə əldə edib.

Prime Trust - Rəqəmsal innovatorlar üçün maliyyə infrsatrukturu təqdim edən startap ötən həftə $100 mln investisiya alıb.

Alladapt Immunotherapeutics - Biotexnologiya startapı qida allergiyasının müalicəsi üzrə ixtisaslaşmışdır və ötən həftə $119 mln yatırım əldə edib.

Magic Eden - NFT bazarı olan Magic Eden istifadəçilərə NFT yaratmaq və NFT ticarəti etmək imkanı verir. Startap ötən həftə $130 mln sərmayə alıb.

FalconX - $150 mln yatırım alan FalconX kriptovalyuta brokerliyi və rəqəmsal aktivlər üçün ticarət platforması təklif edir.

Electric Hydrogen - Elektrolizator texnologiyalarını inkişaf etdirən startap $198 mln investisiya ilə dəyərini $5,3 mlrd-a çatdırıb

© copyright 2022 | tech.az | info@tech.az