Adobe foto redaktə və sənəd idarəetmə funksiyalarını birbaşa ChatGPT-yə inteqrasiya edərək istifadəçilərə yaradıcı işlərini sohbet interfeysindən həyata keçirməyə imkan yaradır. Yeni inteqrasiya sayəsində Photoshop, Express və Acrobat tətbiqlərinin bəzi əsas funksiyaları ChatGPT içindən istifadə oluna biləcək.
Bu əməkdaşlıqla istifadəçilər artıq foto düzəlişi və ya PDF üzərində əməliyyatlar üçün ayrıca proqram açmağa ehtiyac duymadan, sadə mətn komutları ilə arxa plan silmə, mətn əlavə etmə və ya PDF sənədlərini xülasələndirmə kimi tapşırıqları birbaşa sohbet pəncərəsində yerinə yetirə biləcəklər.
Adobe bildirir ki, yenilik xüsusilə kontent istehsalçıları, marketoloqlar, freelancerlər və kiçik bizneslər üçün iş prosesini xeyli sürətləndirəcək. Şirkət bu addımla mürəkkəb proqram interfeyslərinə ehtiyacı azaltmağı və daha geniş istifadəçi kütləsinə çatmağı hədəfləyir.
Yeni funksiyalar ilkin mərhələdə veb, masaüstü və iOS-də əlçatan olacaq, Android platformasında isə mərhələli şəkildə istifadəyə veriləcək. OpenAI və Adobe arasında gəlir bölgüsü ilə bağlı məlumat açıqlanmayıb.
Qeyd edək ki, OpenAI ötən ilin oktyabrında Canva, Spotify, Expedia və Figma kimi tətbiqlərin ChatGPT daxilində işləməsi üçün üçüncü tərəf inteqrasiyalarını aktiv etmişdi.
