Az | EN

Anker yuxu üçün xüsusi qulaqlıqlarını təqdim edib

Cəmil Hüseynzadə
10 Dekabr 2025 22:02
63 baxış
Anker yuxu üçün xüsusi qulaqlıqlarını təqdim edib

Anker Innovations şirkəti soundcore brendi altında yeni TWS qulaqlıqlarını təqdim edib. Yeni modellər adaptiv səs-küyün azaldılması, fərdiləşdirilmiş peşəkar səslənmə və süni intellekt funksiyaları ilə diqqət çəkir.

Xüsusilə soundcore Sleep A30 modeli yuxu üçün nəzərdə tutulmuş ilk qulaqlıqlar hesab olunur. Qulaqlıqlar cəmi 4,5 qram çəkidədir, qalınlığı isə 10 mm-dən azdır, bu da yan yuxuda belə rahat istifadəyə imkan verir. Ambuşurlar yaddaş effekti olan tibbi silikon materialdan hazırlanıb və qulağın formasına uyğunlaşır.

Sleep A30 həm aktiv, həm də passiv səs-küyün azaldılmasını dəstəkləyir. Aktiv səs-küy azaldılması üçün mikrofonlar vasitəsilə ətraf səs analiz edilərək bloklanır, passiv səs-küy isə qulaqlıqların anatomik forması və yaddaş effekti olan ambuşurlar sayəsində yüksək tezlikli səsləri azaldır.

Qulaqlıqlar habelə xorultunu maskalama funksiyası ilə təchiz edilib. Şarj qutusu xorultunu aşkarlayan mikrofonlarla təchiz olunub və qulaqlıqlar xorultuya qarşı aşağı tezlikli və ya təbiət səslərini çalır. Mobil tətbiqdə sakitləşdirici səslər, ağ səs və təbiət səsləri kitabxanası mövcuddur.

Sleep A30 modeli yuxu mərhələlərini, bədən hərəkətlərini və ətraf səs-küyünü izləyərək fərdi tövsiyələr təqdim edir. Qulaqlıqların batareyası 9 saata qədər işləyə bilir, şarj qutusu ilə isə 45 saatlıq istifadə mümkündür. Azərbaycanda qulaqlıqlar ağ və nanə rənglərində satışa çıxarılıb və qiyməti 17 999 rubldır.

Bundan əlavə, Anker Innovations R60i NC (güclü səs-küy azaldılması və dərin bas), Aerofit 2 (açıq dizayn, idman üçün) və Liberty Buds (flaqman model, məkan səsi, ANC 3.0 və süni intellekt funksiyaları) modellərini də təqdim edib.

© copyright 2022 | tech.az | info@tech.az