Az | EN

Mikayıl Cabbarov Liberman qardaşları ilə görüşüb

Cəmil Hüseynzadə
10 Dekabr 2025 21:27
135 baxış
Mikayıl Cabbarov Liberman qardaşları ilə görüşüb

Mikayil Cabbarov bu gün beynəlxalq texnologiya təşəbbüskarları Daniil və David Liberman ilə görüşüb. Görüş zamanı süni intellekt (AI) və hesablama infrastrukturunun inkişafı, həmçinin mərkəzləşdirilməmiş texnologiyaların tətbiqi imkanları müzakirə olunub.

Nazir Cabbarov bildirib ki, Azərbaycan Sİ sahəsində strateji inkişafı gücləndirməkdə maraqlıdır və ölkə həm milli, həm də regional əməkdaşlıq imkanlarına açıqdır. Mərkəzi Asiya, Körfəz ölkələri və Türkiyə ilə əməkdaşlıq perspektivləri görüşdə əsas mövzular arasında olub.

Liberman qardaşları texnologiya və startap sahəsində tanınmış sahibkarlardır. Onlar “Libermans Co.” vasitəsilə beynəlxalq layihələrdə fəaliyyət göstərir və əvvəllər Snap Inc. və digər innovativ startaplarda məhsul və texnologiya rəhbərliyi sahəsində təcrübəyə malikdirlər. Qardaşlar mərkəzləşdirilməmiş texnologiyaların və süni intellekt həllərinin tətbiqi sahəsində strateji təşəbbüsləri ilə tanınırlar.

Ekspertlər bildirirlər ki, belə görüşlər Azərbaycanın süni intellekt və paylanmış texnologiyalar sahəsində strateji mövqeyini möhkəmləndirmək məqsədini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az