Dünyanın ən çox yüklənən və gəlir gətirən oyunu olan Pokémon Go yaradıcısı Niantic tərəfindən 3,5 milyard dollara mobil oyun inkişaf etdiricisi və nəşriyyatı Scopely-ə satmaq üçün danışıqlara başlayıb. Scopely şirkəti 2023-cü ildə Səudiyyə Ərəbistanının Kamu Yatırım Fonu (PIF)-na bağlı olan Savy Games tərəfindən 4,9 milyard dollara alınmışdı.
2010-cu ildə Google daxilində qurulan Niantic artırılmış reallıq və yer əsaslı mobil oyunlara fokuslanırdı. 2015-ci ildə müstəqil şirkətə çevrilən Niantic 2016-cı ildə Pokémon Go oyununu buraxaraq mobil oyun sənayesində inqilab yaratdı. Oyun insanları çölə çıxaraq Pokémon tutmağa təşviq edirdi və qısa müddətdə qlobal uğur qazandı. Oyun 1 milyarddan çox yüklənmə əldə etdi və Niantic üçün böyük bir dönüş nöqtəsi oldu. Lakin Pokémon Go-nun uğurunu təkrarlamaq çətin oldu. 2019-cu ildə buraxılan Harry Potter: Wizards Unite adlı AR oyunu uğursuz oldu və 2022-ci ildə bağlandı.
Bundan sonra Niantic işçi ixtisarlarına başladı və bir sıra oyun layihələrini ləğv etdi. Bununla yanaşı, artırılmış reallıq texnologiyası üzərində işlərini davam etdirən şirkət Savy Games-ə oyun bölməsini satmaq üçün danışıqlar aparır.
2023-cü ilin avqustunda Niantic, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirdə genişlənmək üçün Savy Games ilə əməkdaşlıq müqaviləsi imzalamışdı. Məlumata görə, tərəflər razılığa gələrsə, 3,5 milyard dollarlıq satınalma razılaşması yaxın həftələrdə ictimaiyyətə elan ediləcək.