Az | EN

18 yaşı tamam olan kimi OnlyFans hesabı açan fenomen 3 saata 1 milyon dollar qazandı

Cəmil Hüseynzadə
04 Avqust 2025 11:48
1131 baxış
18 yaşı tamam olan kimi OnlyFans hesabı açan fenomen 3 saata 1 milyon dollar qazandı

Lil Tay 18 yaşı tamam olan kimi OnlyFans hesabı açdı – 3 saata 1 milyon dollar qazandı

ABŞ-lı sosial media fenomeni Lil Tay, 18 yaşı tamam olan kimi OnlyFans platformasında hesab açaraq cəmi 3 saat ərzində 1 milyon dollar gəlir əldə edib. Bu göstərici platforma üzrə rekord sayılır.

Lil Tay bu barədə Instagram hesabında paylaşım edərək bildirib:

3 saata 1 milyon dollar OnlyFans rekordunu qırdıq

Onun bu açıqlaması internetdə böyük marağa və geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər bu uğuru dəstəkləsə, digərləri etik və mənəvi tərəflərini tənqid ediblər.

Qeyd edək ki, Lil Tay daha əvvəl saxta ölüm xəbəri, ailədaxili qalmaqallar və sosial mediadan bir müddət yoxa çıxması ilə gündəmə gəlmişdi. Bu yeni addımı isə onun yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub.

© copyright 2022 | tech.az | info@tech.az