Az | EN

OpenAI 500 milyard dollar dəyərində yeni səhmlərin satışına hazırlaşır

Nigar Sultanli
06 Avqust 2025 11:46
96 baxış
OpenAI 500 milyard dollar dəyərində yeni səhmlərin satışına hazırlaşır

OpenAI əməkdaşlara səhmlərini nağdlaşdırmağa imkan verəcək yeni plan üzərində ilkin danışıqlara başlayıb. Bu satış nəticəsində şirkətin dəyəri 500 milyard dollara qədər yüksələ bilər. Hal-hazırda OpenAI-nin dəyəri 300 milyard dollardır.

Bu qərar, süni intellekt sahəsində istedadlı mütəxəssislərin cəlb edilməsi üçün texnologiya şirkətləri arasında ciddi rəqabət olduğunu göstərir. OpenAI-nin bu planı birbaşa IPO (birja yerləşdirilməsi) məqsədindən əvvəl həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlar və keçmiş işçilər səhmlərini sataraq bir neçə milyard dollar qazanma imkanı əldə edəcəklər. Bu maliyyələşmə turuna SoftBank Group rəhbərlik edir. OpenAI burada 40 milyard dollar cəlb etməyi planlaşdırır. Bu məbləğin 22.5 milyard dollarlıq hissəsi bu ilin sonunadək ödənilməlidir.

ChatGPT-nin sürətli yayılması ilə OpenAI-nin gəliri də ikiqat artıb. Şirkət hal-hazırda illik 12 milyard dollarlıq gəlir əldə edir və bu rəqəmin ilin sonunadək 20 milyarda çatması gözlənilir. Həmçinin, ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı 700 milyona yüksəlib (fevral ayında bu rəqəm 400 milyon idi).

Texnologiya nəhəngləri süni intellekt sahəsində ixtisaslaşmış şəxsləri cəlb etmək üçün ciddi şəkildə rəqabət aparır. Məsələn, Meta şirkəti, Scale AI-nin 28 yaşlı CEO-su Aleksandr Vanqı cəlb etmək üçün milyardlarla dollar sərmayə yatırır.

OpenAI gələcəkdə məhdud mənfəət modelindən imtina edərək IPO-ya çıxmağı planlaşdırır. Maliyyə direktoru Sarah Friar qeyd edir ki, bu yalnız şirkət və bazar tam hazır olduqda baş tutacaq.

© copyright 2022 | tech.az | info@tech.az