2025-ci ilin iyul ayında MENA regionunda (Yaxın Şərq və Şimali Afrika) startap ekosistemində ciddi uğurlar əldə edilib. İyul ayı ərzində ərzində 57 startap ümumilikdə 783 milyon dollar investisiya cəlb edib. Bu göstərici əvvəlki aya nisbətən 1,411% artıb və ötən ilin iyul ayı ilə müqayisədə iki dəfədən çoxdur. Bu böyük artımın arxasında Ninja və XPANCEO- nın böyük investisiya turu dayanıb. Ninja Səudiyyə Ərəbistanında fəaliyyət göstərən ticarət platformasıdır və 250 milyon dollarlıq investisiya turu ilə unicorn statusu qazanıb. XPANCEO isə BƏƏ-də yerləşən ağıllı kontakt linzalar üzərində startap olub və 250 milyon dollarlıq investisiya ilə unicorn statusuna çatıb.
Bu iki tur iyul ayındakı investisiyaların 56 faizini təşkil edib.
Səudiyyə Ərəbistanı investisiya cədvəlində liderliyi qoruyub. Ölkədəki 16 startap 396,5 milyon dollar vəsait toplayıb. Birləşmiş Ərəb Əmirlikləri 22 startapla 359 milyon dollar investisiya əldə edib. Həmçinin, İraq 15 milyon dollar, Mərakeş 7,5 milyon dollar, Misir isə 7 startapla cəmi 4 milyon dollar vəsait toplaya bilib.
Sektorlar arasında ən çox investisiya 250,3 milyon dollarla “Deeptech” sahəsinə yönəldilib. Eyni zamanda e-ticarət sektoru da güclü artım göstərərək 250 milyon dollar cəlb edib. SaaS (“Software as a Service”) sahəsində fəaliyyət göstərən startaplar 89 milyon dollar investisiya alıb, fintex startapları isə 61 milyon dollar vəsait əldə edib. Ümumilikdə bu investisiyaların əksəriyyəti səhm əsaslı olub, borclanma isə cəmi 2 faiz təşkil edib.
Bu göstəricilər göstərir ki, MENA regionunun startap ekosistemi sürətlə inkişaf edir. İnvestorlar indi daha çox istehlakçı yönümlü startaplara maraq göstərir. Böyük investisiyalar və erkən mərhələdə dəstək, bölgənin uzunmüddətli böyümə potensialını açıq şəkildə ortaya qoyur. Bu həmçinin deeptech, süni intellekt, logistika və enerji sahələrində yeni imkanların artdığını, gənc istedadların yetişdiyini və regionda startapların inkişafına əlverişli mühit yarandığını göstərir.