Az | EN

PowerPoint proqramının yaradıcısı Dennis Ostin 76 yaşında vəfat edib

Cəmil Hüseynzadə
11 Sentyabr 2023 13:22
831 baxış
PowerPoint proqramının yaradıcısı Dennis Ostin 76 yaşında vəfat edib

O, 1987-ci ildə buraxılmış proqramın ilk versiyasını hazırlayıb.

PowerPoint proqramının yaradıcısı Dennis Ostin 76 yaşında vəfat edib. O, 1987-ci ildə buraxılmış proqramın ilk versiyasını hazırlayıb. Ostin 1 sentyabr 2023-cü ildə beyinə metastaz olan ağciyər xərçəngindən ölüb. Dennisin oğlu Maykl ölümü ilə bağlı Washington Post-a danışıb.

PowerPoint ideyası Forethought-da işləyən Bob Qaskinsdən gəlib. Dennis Austin proqram üzərində işləyən ilk tərtibatçı olub və daha sonra Tomas Rudkin də ona qoşulub.

Əvvəlcə proqram “Presenter” adı altında hazırlanıb, lakin şirkət onu qeydiyyatdan keçirə bilmədiyi üçün komanda başqa bir ad - PowerPoint təklif edib. İlk versiya 1987-ci ildə buraxılıb, o, Macintosh kompüterləri üçün nəzərdə tutulmuşub. Üç ay sonra Microsoft Forethought-u 14 milyon dollara satın alıb. PowerPoint daha sonra Word və Exel ilə birlikdə Office proqram paketinin bir hissəsi olub.

 

© copyright 2022 | tech.az | info@tech.az