“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Qarabağ Dirçəliş Fondu da Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən dövlət qurumları sırasına qatılıb.
Fondun əsas rəqəmsal resursları AZCON Holdingşirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirilib. “AzInTelecom” tərəfindənQarabağ Dirçəliş Fonduna “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”aməxsus Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmişinformasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
