Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi OpenAI ilə əməkdaşlıq çərçivəsində ölkə müəllimlərinə ChatGPT Edu platformasına çıxış imkanı verəcək. Memorandum Vaşinqtonda Qazaxıstanın təhsil və texnologiya qurumları, “Kazakhtelecom”, Freedom Holding Corp. və OpenAI arasında imzalanıb.
ChatGPT Edu müəllimlər üçün hazırlanmış xüsusi versiya olub, məlumat analizi, sənəd xülasəsi və fərdi GPT-assistentlər kimi funksiyalar təqdim edir. Memorandum çərçivəsində hər il ən azı 165,000 lisenziyanın müəllimlərə təqdim olunması planlaşdırılır. Layihə ölkədə rəqəmsal bacarıqların inkişafına, innovativ düşüncə və tənqidi analiz qabiliyyətlərinin gücləndirilməsinə xidmət edəcək.
