Türkiyədə 10 ildir yeni nəsil iş anlayışına yön verən çevik iş məkanlarının qabacıllarından biri olan Kolektif House, indi isə Bakı lokasiyası ilə qlobal böyüməsinin ilk mərhələsini reallaşdırır.
Ofis, şəhərin memarlıq irsində xüsusi yer tutan Nizami küçəsinə yaxın ərazidə fəaliyyətə başlayır. Kolektif House Bakı həm fərdi peşəkarlar, həm də korporativ şirkətlər üçün ilhamverici və yaradıcı iş mühiti təqdim etməyi hədəfləyir. Burada ümumi iş sahələri, 6-10 nəfərlik hazır ofislər, eləcə də 150-850 m² ölçüdə korporativ Suit Ofis həlləri mövcuddur. Tezliklə Heydər Əliyev prospekti və Xətai rayonu ərazisində əlavə yeni ofislər də istifadəyə veriləcək.
Kolektif House üzvlüyü həm Bakıda, həm də Türkiyədəki bütün lokasiyalarda keçərlidir; istifadəçilər mobil tətbiq vasitəsilə 10,000-dən çox peşəkardan ibarət Kolektif House icmasına qoşula bilirlər. Beləliklə, iki ölkə arasında fasiləsiz iş şəbəkəsi formalaşır, yaradıcı əməkdaşlıq və mədəni paylaşım yeni mərkəzdə birləşir. Kolektif House-un xüsusi tədbir məkanı KoLounge, seminarlar və digər tədbirlər vasitəsilə icmaları, ideyaları və mədəniyyətləri bir araya gətirərək “birlikdə yaratmaq” ruhunu Bakıya gətirir.
Kolektif House-un təsisçi ortağı və CEO-su Ahmet Onur bildirib:
“10 il əvvəl başladığımız bu yolçuluqda, Türkiyədə çevik iş mədəniyyətini dəyişdirməyi hədəflədik. Bu gün arzuladığımız qlobal genişlənmənin ilk addımını Bakıda atmağın sevincini yaşayırıq. Bakıdakı tarixi binada müasir iş dünyasına ilham verəcək yeni Kolektif House təcrübəsi təqdim etməkdən məmnunuq. Türkiyə bazarında böyüməyə davam edərkən, strateji lokasiyalarla qlobal səviyyədə də güclü oyunçu olmağı hədəfləyirik.”
