Az | EN

Qazaxıstan Süni intellekt haqqında qanunu qəbul edib

Cəmil Hüseynzadə
17 Noyabr 2025 14:02
65 baxış
Qazaxıstan Süni intellekt haqqında qanunu qəbul edib

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev “Süni intellekt və rəqəmsallaşma sahəsində qanunvericiliyə dəyişikliklər və əlavələr” və “Süni intellekt haqqında” qanunları təsdiqləyib.

İndi ölkə ərazisində təminatsız rəqəmsal aktivlərin (kriptovalyuta, tokenlər) dövriyyəsi mümkündür. Əvvəllər bu fəaliyyət yalnız “Astana” Beynəlxalq Maliyyə Mərkəzində (BMM) icazəli idi. Bu o deməkdir ki, Qazaxıstanın hər yerində kriptobirjalar fəaliyyət göstərə biləcək, lakin bunun üçün onlar müvafiq lisenziya almalıdırlar.

Eyni zamanda, mədən yolu ilə əldə olunan aktivlərin əksəriyyətinin BMM birjaları vasitəsilə satılması tələbi ləğv edilib. Mədənçilik indi Qazaxıstan vətəndaşları və hüquqi şəxslər üçün rəsmi olaraq icazəlidir, xəbər verir RBK Crypto.

İkinci qanun süni intellektin tənzimlənmə prinsiplərini müəyyən edir: qanunilik, ədalət, bərabərlik, şəffaflıq və izah ediləbilənlik, insan rifahının və azad iradəsinin üstünlüyü, məlumatların qorunması və təhlükəsizlik.

Süni intellekt sistemləri risk səviyyəsinə görə təsnif ediləcək: minimal, orta və yüksək. Yüksək riskli sistemlər əlavə nəzarət və qoruma altında olacaq. Tamamilə avtonom sistemlər, insan müdaxiləsi olmadan qərar qəbul edən texnologiyalar isə qadağan edilib.

© copyright 2022 | tech.az | info@tech.az