Qazaxıstanda uşaqlar və yeniyetmələr arasında “virtual asılılıq”, aqressiv davranış və real həyatdan uzaqlaşma halları ilə əlaqədar Roblox platformasına girişin məhdudlaşdırılması təklif edilib. Bu məsələ Qazaxıstan Respublikası Parlamentində müzakirəyə çıxarılıb.
Deputatlar bildiriblər ki, açıq onlayn platformalarda, o cümlədən Roblox-da azyaşlılara qarşı cinayət niyyəti olan şəxslər — pedofillər və fırıldaqçılar qeydiyyatdan keçə bilir. Parlamentin deputatı Ünzilə Şapakın sözlərinə görə, bu şəxslər oyun daxilindəki çatlar vasitəsilə uşaqların etibarını qazanır, daha sonra isə ünsiyyəti Telegram-a yönəldərək gizli görüşlərə dəvət edirlər.
Parlament üzvləri xatırladıblar ki, Roblox artıq Türkiyə, Qətər, Rusiya, Çin, İran, Şimali Koreya və bir sıra digər ölkələrdə bloklanıb.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Roskomnadzor Rusiyada Roblox-a girişi bağlamışdı. Qurum 2026-cı il yanvarın 12-də isə platformanın blokdan çıxarılması üçün əsas görmədiyini rəsmən açıqlayıb.
