Az | EN

"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi.

Cəmil Hüseynzadə
23 Aprel 2024 15:49
108 baxış
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi.

“SUP.VC” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi.

Mədəniyyət, incəsənət və texnologiyanı bir arada cəmləyən CulTech proqramının 6 yenilikçi startapı 3 aylıq iş prosesindən sonra məzun oldu. Onların hər biri bu proses ərzində öz MVP modellərini uğurla hazırlayaraq, yekunlaşdırdılar.
“CulTech İnkubasiya Proqramı” sahibkarlıq ekosisteminə yeni və innovativ ideyalar təklif etmək məqsədi daşıyan platformadır. İştirakçılar öz modellərini uğurla inkişaf etdirərək bu prosesdə mühüm addımlar atdılar. “Demoday” tədbirində sahibkarlar öz texnologiya məhsullarını, Azərbaycanın aparıcı startap ekosisteminin nümayəndələri və investorları qarşısında nümayiş etdirdilər.

Təqdim olunan startaplar:
* Nus Galery - virtual rəsm qalereyası
* BYQR - ağıllı QR sistemi
* Chaplean - virtual musiqi platforması
* Wondvoy - mədəni irsi təmsil edən rezervasiya platforması
* 1tale.shop - süni intellektdən istifadə edərək spesifik dizaynlarda xalça istehsalı
* Nevvent - tədbir təşkil etmək platforması

© copyright 2022 | tech.az | info@tech.az