Az | EN

"Samsung İnternet" brauzerinin masaüstü versiyası istifadəyə verilib

Səbinə Eyvazova
30 Noyabr 2023 10:35
193 baxış
"Samsung İnternet" brauzerinin masaüstü versiyası istifadəyə verilib

Samsung 2012-ci ildə mobil cihazlar üçün istifadəyə verdiyi Samsung İnternet brauzerini masaüstü kompüterlər üçün istifadəyə verdi. Hazırda yalnız Windows kompüterləri ilə uyğun gələn Samsung İnternet Google Chrome-a yeni alternativ təklif edir.

Chromium infrastrukturundan istifadə edərək, Samsung İnternet Google Chrome və Microsoft Edge ilə oxşar iş məntiqinə malikdir. Bu o deməkdir ki, Samsung İnternet də Google Chrome-dan bir çox funksiyaları ehtiva edir. Bununla belə, Samsung İnternetinin masaüstü versiyası ümumi sadə dizayna malikdir.

Samsung İnternet brauzernin masaüstü versiyası Microsoft Store mağazasında satışa çıxarılacaq. Bu yeni brauzer Google Chrome-a alternativ axtaran istifadəçilər üçün seçim ola bilər. 

© copyright 2022 | tech.az | info@tech.az