"TikTok" sosial şəbəkəsi Çinin əsas şirkəti “ByteDance”dən ayrılmaq istəyir. Platformanın birjaya çıxacağı bildirilir.
Qeyd edək ki, "TikTok" bu ehtimalı ABŞ-ın milli təhlükəsizliyə təhdidlə bağlı narahatlığına görə nəzərdən keçirir.
Sosial şəbəkənin dəyəri 40-50 milyard dollar qiymətləndirilir. Bununla belə, şirkətin qiymətləndirməsinə ABŞ bankı SVB-nin son iflası təsir edə bilər.