Yaponiyanın avtomobil istehsaçısı "Toyota" Çexiyanın Kolin şəhərindəki zavodu çərşənbə günündən etibarən bu ayın sonunadək komponentlərin çatışmazlığı səbəbindən dayandırılıb. Bu barədə "ÇTK" informasiya agentliyi müəssisənin mətbuat katibi Tomaş Paroubkaya istinadən məlumat verib.
"Avtomobil zavodunda istehsal komponentlərin çatışmazlığı səbəbindən,demək olar ki, fevral ayının sonuna qədər dayandırılıb. İşçilər ayın son həftəsində konveyerə qayıtmalıdırlar. Dəqiq tarix isə hələ ki təyin edilməyib", - deyə T.Paroubka bildirib.
İstehsalatda yaranan fasilə müəssisədə təmir-texniki işlərinə sərf olunacaq. Məcburi fasilələr zamanı avtomobil zavodunun işçiləri müəyyən edilmiş əmək haqqının 80 faizini alacaqlar.