Az | EN

"Twitter Blue" istifadəçiləri 60 dəqiqəlik videolar paylaşa biləcəklər

Bənövşə Kazımova
23 Dekabr 2022 14:12
326 baxış
"Twitter Blue" istifadəçiləri  60 dəqiqəlik videolar paylaşa biləcəklər

"Twitter Blue" istifadəçiləri 1 saatlıq videoları artıq "Twitter"də paylaşa biləcəklər. İlon Maskın ilk dəfə noyabrın əvvəlində bəhs etdiyi bu yeni xüsusiyyət bu gündən etibarən "Twitter Blue" istifadəçilərinə təqdim edilir.

Verilən məlumata görə, istifadəçilər təxminən 60 dəqiqəlik 1080p təsvir ölçülü 2GB-lıq videoları yayımlaya biləcəklər. İstifadəçilər hələlik bu funksiyadan yalnız veb versiyada istifadə edə bilərlər. Funksiyanın iOS və ya Android istifadəçiləri üçün də yaxın zamanda əlçatan olacağı gözlənilir.

Onu da qeyd etmək lazımdır ki, indiyə qədər "Twitter Blue" abunəçiləri 512 MB limitlə 1080p təsvir ölçülü 10 dəqiqəlik videolar yükləyə bilirdilər.

© copyright 2022 | tech.az | info@tech.az