Az | EN

"X" şirkəti "Grok"un pulsuz versiyasını sınaqdan keçirir

Röya Yusifbəyli
12 Noyabr 2024 16:27
358 baxış
"X" şirkəti "Grok"un pulsuz versiyasını sınaqdan keçirir

X sosial şəbəkəsi İlon Mask`ın digər şirkəti “xAI” tərəfindən yaradılan Süni intellekt çatbotu "Grok" (AI chatbot Grok) indiyədək ancaq ödəniş edən premium istifadəçilər üçün limitləmişdi. Lakin, platforma çatbot-u pulsuz istifadəçilər üçün açmağa hazırlaşır.

Həftə sonu bəzi istifadəçilər “Grok”un pulsuz versiyasının müəyyən bölgələrdəki insanlar üçün açılması haqqında məlumat yayımlayıb.

“TechCrunch” saytı X-in ən azı Yeni Zelandiyadakı pulsuz istifadəçilər üçün “Grok”a girişi sınaqdan keçirdiyini müəyyənləşdirib.

Hazırda istifadə üçün müəyyən məhdudiyyətlər var. Belə ki, hər iki saatdan bir “Grok-2” modeli ilə 10 sorğu, “Grok-2” mini modeli ilə 20 sorğu və gündəlik 3 şəkil analizi sorğusu göndərilə bilər.

Keçən ayın sonunda şirkət modelə şəkilləri anlamaq imkanı da verib.

“Grok”dan pulsuz istifadə etmək üçün hesabınız ən azı yeddi günlük olmalı və hər hansı telefon nömrəsinə bağlı olmalıdır.

Bütün bu funksiyalar indiyə qədər yalnız Premium və Premium+ istifadəçiləri üçün mövcud idi. , “xAI” şirkəti “Grok”u pulsuz istifadəçilər üçün açaraq “ChatGPT”, “Claude” və “Gemini” kimi bazardakı digər modellərlə daha yaxşı rəqabət apara bilməsi üçün əhəmiyyətli istifadəçi bazası və daha sürətli rəy sistemi yaradır.

“The Wall Street Journal”ın xəbərinə əsasən keçən ay “xAI” şirkəti bir neçə milyard dəyərində investisiya cəlb etmək üçün danışıqlar aparıb.

 

© copyright 2022 | tech.az | info@tech.az